Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya və Çini ayıracağına söz verib

Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya və Çini ayıracağına söz verib backend

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələrsə, Rusiya və Çini “ayıracağına” söz verib.

Qaziler.az "İzvestiya"ya istinadən bildirir ki, o, bu barədə noyabrın 1-də amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

“[ABŞ prezidenti Co Bayden onları birləşdirdi (Rusiya və Çin - red.). Bu, rüsvayçılıqdır. Mən onları ayırmalıyam. Düşünürəm ki, bunu edə bilərəm”, - Tramp bildirib.

Müsahibə Karlsonun YouTube kanalında yayımlanıb.

Həmin müsahibədə prezidentliyə namizəd onu “Rusiyanın dostu” adlandıran hər kəsi “xəstə” adlandırıb.

QAZİLER.AZ

Diaspora