“Telegram” messenceri video platforma olmaq yolunda “ilk addımı atdı”.
Qaziler.az xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov öz “Telegram” kanalında yazıb.
Biznesmenin sözlərinə görə, indiyədək “Telegram”da müxtəlif çat və kanallarda videolar dərc edildiyi formatda nümayiş etdirilirdi. Bu səbəbdən istifadəçilər telefonlarına gigabaytlarla məlumat endirilməsini və videoların tam yüklənməsini gözləmək məcburiyyətində qalırdılar. Bununla yanaşı, messencerin təsisçisi vurğulayıb ki, qısa yazılara baxanda da problemlər yaranıb.
"Bugünkü yeniləmə ilə “Telegram” serverləri populyar videoları bir neçə keyfiyyət variantına sıxışdıracaq və onları yayım üçün optimallaşdıracaq", - Durov qeyd edib.
O, aydınlaşdırıb ki, bu yenilik sayəsində messencer konkret videonu hansı keyfiyyətdə oynatmağı avtomatik seçməyə başlayacaq. Bu prosesdə hər bir fərdi istifadəçinin cihazında internet bağlantısının sürəti əsas rol oynayacaq.
QAZİLER.AZ