Rusiyanın daha bir hava limanı fəaliyyətini məhdudlaşdırdı

Rusiyanın daha bir hava limanı fəaliyyətini məhdudlaşdırdı backend

Ufa hava limanı aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyur.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin “Telegram” kanalı məlumat verib.

Məlumatda qeyd olunub ki, məhdudiyyətlər götürüldükdən sonra uçuşlar bərpa olunacaq.

“Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir. Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər - bu, əsas prioritetdir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Ukraynanın pilotsuz uçuş aparatlarının hücum təhlükəsi ilə əlaqədar Saratov hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

QAZİLER.AZ

Diaspora