Almaniya İranın bütün konsulluqlarını bağlayır

Almaniya İranın bütün konsulluqlarını bağlayır backend

İranın Almaniyadakı bütün baş konsulluqları bağlanır.

TASS xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Almaniya XİN İran əsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə cavab olaraq İranın ölkədə üç konsulluğunu bağlayacağını açıqlayıb.

Qeyd edək ki, Cəmşid Şarməhd 2020-ci il avqustun 1-də Almaniyadan Hindistana səfəri zamanı üçgünlük Dubayda qalarkən İranın təhlükəsizlik orqanları tərəfindən qaçırılıb.

67 yaşlı Almaniya vətəndaşı barəsində ölüm hökmü 2024-cü ilin aprelində çıxarılıb. Şarməhdin yaxınlarının verdiyi məlumata görə, o, son bir neçə ildə ABŞ-də yaşayıb. İran hakimiyyəti onu “Tondar” adlı müxalifət qrupunun lideri hesab edir. Bu, İranda terror təşkilatı siyahısına salınıb. İran hakimiyyəti Şarməhdi monarxistlərdən sayır. O, parkinson xəstəliyindən əziyyət çəkirmiş.

Report.az

Diaspora