Almaniya Şimali Koreyanı Ukraynaya qarşı müharibədə iştirak etdiyinə görə sanksiyalarla hədələyib

Almaniya Şimali Koreyanı Ukraynaya qarşı müharibədə iştirak etdiyinə görə sanksiyalarla hədələyib backend

Almaniya Ukraynaya qarşı müharibədə iştirak edəcəyi təqdirdə Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyalar tətbiq edə bilər.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Sebastyan Fişer deyiib.

“KXDR əsgərlərinin Rusiya tərəfində döyüşlərdə iştirak etdiyi barədə məlumat təsdiqlənərsə, biz ikitərəfli münasibətlərdə əlavə sanksiyaların tətbiqi də daxil olmaqla, əlavə addımlar atmaq hüququnu özümüzdə saxlayırıq”, - deyə o bildirib.

Rəsmi nümayəndənin qeyd etdiyi kimi, alman tərəfi öz mövqeyini əvvəllər Almaniya Xarici İşlər Nazirliyinə çağırılmış Şimali Koreyanın müvəqqəti nümayəndəsinə çatdırıb.

QAZİLER.AZ

Diaspora