Moldovanın eks-prezidenti Maya Sandunu ABŞ agenti adlandırıb

Moldovanın eks-prezidenti Maya Sandunu ABŞ agenti adlandırıb backend

Moldovanın hazırkı prezidenti Maya Sandu prezidentliyi dövründə ABŞ-ın agenti olmaqla ardıcıl olaraq dövlətin müstəqilliyini məhv edib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bunu çərşənbə günü, oktyabrın 30-da Kommunist Partiyasının rəhbəri və Moldovanın keçmiş prezidenti Vladimir Voronin deyib.

Siyasətçinin sözlərinə görə, Sandu prezidentlik dövründə ABŞ hakimiyyətinin göstərişləri əsasında hərəkət edib.

“Birləşmiş Ştatlardan təsir agenti kimi göndərilən şəxs dörd il ərzində qeyri-məhdud hakimiyyəti dövründə Moldova dövlətini məqsədyönlü şəkildə məhv edir”, - deyə Moldovanın eks-prezidenti vurğulayıb.

Voronin həmçinin seçki prosesində iştirak etmək imkanı olan Moldova vətəndaşlarını noyabrın 3-də keçiriləcək prezident seçkilərinin ikinci turunda, onun fikrincə, ölkənin müstəqilliyinə dağıdıcı dövlət siyasəti aparan Sandunun namizədliyinin əleyhinə səs verməyə çağırıb. 

Moldova kommunistlərinin lideri hazırkı prezidenti də dövlət daxilində ksenofobiya, nifrət və düşmənçiliyi qızışdırmaqda və ölkəni mümkün vətəndaş müharibəsi vəziyyətinə gətirməkdə ittiham edib.

QAZİLER.AZ

Diaspora