"Radvan" xüsusi təyinatlılarının komandir müavini öldürülüb

"Radvan" xüsusi təyinatlılarının komandir müavini öldürülüb backend

İsrail Müdafiə Qüvvələri şiə Hizbullah hərəkatının "Radvan" xüsusi təyinatlılarının komandir müavini Mustafa Əhməd Şahadini öldürdüyünü bildirib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, SAXAL-in məlumatına görə, bu, Livanda Nəbatiyyə bölgəsində baş verib.

"Kəşfiyyat məlumatlarına görə, Zərbə nəticəsində İsrail ordusu Hizbullahın "Radvan" qüvvələrinin komandir müavini Mustafa Əhməd Şahadini Nəbatiyyə bölgəsində öldürüb", - məlumatda deyilir.

Şahadi yəhudi dövlətinə qarşı bir çox hücumların təşkilinə görə məsuliyyət daşıyırdı. O, həmçinin 2012-2017-ci illərdə Suriyadakı Radvan qüvvələrinə komandanlıq edib və həmçinin Livanın cənubunda bölmənin əməliyyatlarına rəhbərlik edib.

QAZİLER.AZ

Diaspora