Cənubi Koreyalı qanunvericilər hərbi kəşfiyyat məlumatlarına əsaslanaraq Şimali Koreyanın ABŞ-də keçiriləcək prezident seçkiləri zamanı istifadə edə biləcəyi qitələrarası ballistik raketi (ICBM) yerləşdirdiyini bildiriblər.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu, Şimali Koreyanın strateji silahlarının hazırlanmasının nümayişi ilə əlaqələndirilə bilər.
“Nəqliyyat-raket qurğusunun hazırlanması başa çatıb, o, müəyyən bir yerə yerləşdirilib. Döyüş başlıqlarının atmosferə qaytarılmasının texnoloji yoxlanılması üçün ICBM-lərin işə salınması ABŞ-da prezident seçkiləri ilə eyni vaxtda baş tuta bilər”, - Cənubi Koreyalı deputat Li Son Kvon bildirib.
ICBM-ləri işə salmaq planlarından əlavə, Li Son Kvon Şimali Koreyanın seçki günü ətrafında yeddinci nüvə sınağı keçirməsi ehtimalını da gündəmə gətirib. Nəşr yazır ki, bu, həm də ölkənin strateji silahlarını beynəlxalq arenada nümayiş etdirmək istəyini vurğulayır.
QAZİLER.AZ