ABŞ prezidentliyinə keçmiş müstəqil namizəd kiçik Robert Kennedi hesab edir ki, vitse-prezident Kamala Harris ABŞ prezident seçkilərində tarixin ən pis Demokrat namizədidir.
Qaziler.az xəbər verir ki, o, bu fikrini İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.
"Harris yəqin ki, tariximizin ən pis prezidentliyə namizədidir", - politoloq deyib. Onun fikrincə, Amerikalılar [Co] Baydendən dəyişiklik istəyirlər” və Harris heç kəsi onun bunu həyata keçirməyə qadir olduğuna inandıra bilmədi. O, hərbi aparat və ya kəşfiyyat orqanlarının qarşısında dayana bilən lider deyil. O, qarşısında yazılan nitq olmadan danışa bilməz və o, miqrasiya probleminin öhdəsindən gələ bilməyəcəyini, inflyasiyaya nəzarət edə bilməyəcəyini nümayiş etdirdi”, - kiçik Kennedi qeyd edib.
O, Respublikaçılar Partiyasından namizəd Donald Trampın qələbəsini proqnozlaşdırır. Siyasətçi hesab edir ki, Demokrat Partiyası elitanın siyasi rıçaqına çevrilib, Respublika Partiyası isə xalqın əsl nümayəndəsidir. Avqust ayında Kennedi müstəqil namizəd kimi ABŞ prezidentliyi uğrunda yarışı dayandırdığını və Trampı dəstəklədiyini açıqlamışdı.
QAZİLER.AZ