Almaniyada işsizlik səviyyəsi oktyabrda 6,1%-ə çatıb. Bu, 2021-ci ilin fevralından bəri ən yüksək göstəricidir.
Qaziler.az xəbər verir ki, bu barədə “İnterfaks” Almaniya Federal Məşğulluq Agentliyinin materiallarına istinadən yazır.
Son bir ayda işsiz almanların sayı 27 min nəfər artıb ki, bu da analitiklərin gözləntilərindən az qala iki dəfə çoxdur. Mütəxəssislər Almaniyada işsizlərin sayının 15 min nəfər artacağını proqnozlaşdırırdılar.
Bununla yanaşı, ölkədə açıq vakansiyaların sayı sentyabr ayı ilə müqayisədə 7 min azalaraq 689 min təklif təşkil edib. Bir il əvvəl bu rəqəm təxminən 749 min təklif idi.
QAZİLER.AZ