Fitso: "NATO Kiyevin təhlükəsizliyinin təminatı olmayacaq"

Fitso: "NATO Kiyevin təhlükəsizliyinin təminatı olmayacaq" backend

“Ukraynanın NATO-ya daxil olması Kiyev üçün təhlükəsizliyin təminatı olmayacaq”.

Qaziler.az xəbər verir ki,bu fikirləri Slovakiyanın baş naziri Robert Fitso “Rossiya-1” telekanalının “60 dəqiqə” verilişində bildirib.

“Ukraynanın NATO-ya daxil olması məsələsi ABŞ, Rusiya, Çin və Ukrayna arasında razılaşma olmadan həll edilə bilməz. Ukrayna tərəfinin bu müzakirədə iştirak etməməsi yanlış olardı”, - Fitso qeyd edib.

“Əgər biz Ukrayna ilə bağlı danışıqlar aparsaq, o zaman bu ölkə üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparacağıq, çünki Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Mən inanmıram ki, NATO-ya üzvlük Ukrayna üçün təhlükəsizliyin təminatı olacaq”, - Slovakiyanın baş naziri bildirib.

QAZİLER.AZ

Diaspora