Oktyabrın 29-da Rusiya strateji nüvə qüvvələrinin təlimi planlaşdırılıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bütün lazımi bildirişlər xarici dövlətlərə göndərilib.
“Bu, həqiqətən də müntəzəm məşqlərdən biridir. Təbii ki, bu cür buraxılışlar barədə müvafiq ölkələri xəbərdar etmək üçün müəyyən mexanizm var”, - Peskov bildirib.
QAZİLER.AZ