ABŞ prezidenti Co Bayden “Voto Latino” vəkillik qrupunun təşkil etdiyi “Zoom” video konfransında Respublikaçı namizəd Donald Trampın tərəfdarlarını “zibil” adlandırıb.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
O, Trampın mitinqində komediyaçının Puerto-Rikonun “üzən zibil adası” olması ilə bağlı “zarafatını” belə şərh edib.
“Gördüyüm yeganə zibil onun [Trampın] tərəfdarlarıdır. Onun latın amerikalıları demonizasiyası vicdansızlıqdır və amerikalılara məxsus deyil”, - Bayden deyib.
Bayden daha sonra bu sözləri təkzib edib. Onun sözlərinə görə, “zibil” dedikdə o, Trampın mitinqlərindən birində eşidilən “nifrət dolu ritorikanı” nəzərdə tutub.
QAZİLER.AZ