Livanın Səhiyyə Nazirliyi son bir ayda gün ərzində ən yüksək ölüm sayını açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, İsrailin hücumları nəticəsində 82 nəfər həlak olub, daha 180 vətəndaş isə yaralanıb.
Telekanalın məlumatına görə, oktyabrın 28-də ölənlərin sayı sentyabrın 30-dan bəri bir sutka ərzində ən yüksək itki olub. İsrail Livanın şərqinə silsilə hücumlar həyata keçirib. Bekaa və Baalber-Hermel atəşə tutulub.
Livan hakimiyyətinin məlumatına görə, oktyabrın 29-da İsrailin ölkənin cənubundakı şəhərlərə endirdiyi zərbələr nəticəsində təxminən 16 nəfər həlak olub. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Ümumilikdə, sentyabrın ortalarından indiyədək 10,5 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2,1 min nəfər ölüb.
QAZİLER.AZ