Hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ prezidentliyinə namizəd Donald Trampı öldürməklə hədələməkdə şübhəli bilinən 74 yaşlı amerikalı Pol Qavenosisi saxlayıb.
Qaziler.az bildirir ki, bu barədə WTAJ telekanalı məlumat yayıb.
Qeyd olunur ki, həmin şəxs Pensilvaniya ştatında parkinqdə terror təhdidləri və asayişi pozmaqda ittiham olunur. Qavenosis Trampın seçki kampaniyası mitinqinin yaxınlığında parkinq bileti almağa çalışıb. Hansısa məqamda o, ABŞ prezidentliyinə namizədi öldürmək niyyətini açıqlayıb. Hadisənin şahidi bununla bağlı polisə xəbər verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi dindiriblər. Həmin şəxs əvvəlcə zarafat məqsədilə öldürməklə hədələdiyini desə də, sonradan niyyətinin ciddiliyini təsdiqləyib.
QAZİLER.AZ