2023-cü ildə 8,2 milyon insana vərəm diaqnozu qoyulub ki, bu da əvvəlki illə müqayisədə 0,7 milyon nəfər çoxdur.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında deyilir.
Qeyd olunur ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəliyin yayılmasının qlobal monitorinqinə başladığı 1995-ci ildən bəri vərəmlə bağlı ən yüksək göstəricidir Qlobal vərəmə yoluxma hallarının təxminən 56%-i Hindistan (26%), İndoneziya (10%), Çin (6,8%), Filippində (6,8%) və Pakistanda (6,3%) baş verir.