Argentinanın Buenos-Ayres əyalətindəki Villa Gesell kurort şəhərində on mərtəbəli mehmanxana çöküb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanları bildiriblər. Dağıntılar altında 7-9 nəfərin qaldığı güman edilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır, ərazi mühasirəyə alınıb.
"Dağılan zaman oteldə 7-9 nəfər olub. Səlahiyyətlilərin açıqlamasında deyilir ki, bunlar bələdiyyə qaydalarına əməl etmədən işləyən və müvafiq bələdiyyə icazəsi olmayan inşaatçılardır", məlumatda deyilir.
Onlar qeyd ediblər ki, bələdiyyə icazə olmadığı üçün avqustun 20-də otelin ərazisində işləri dayandırıb. Daha sonra sahibkarlar işlərin, o cümlədən liftlərin quraşdırılmasının razılaşdırılması üçün yazılı ərizəl ilə müraciət ediblər.
QAZİLER.AZ