Merkel narahatdır: Avropada müharibə başlaya bilər

Merkel narahatdır: Avropada müharibə başlaya bilər backend

Almaniya-Avstriya sərhədinin bağlanması Avropada silahlı münaqişəyə gətirib çıxaracaq. Azvision.az bildirir ki, bunu, Almaniya federal kansleri Angela Merkel, Almaniya Xristian Demokratik Birliyinin Darmştad şəhərində təşkil etdiyi mərasimdə çıxışı zamanı deyib.

“Regionda daha bir silahlı münaqişə yaşanmasını istəmirəm. Çünki, bunun fəsadları düşündüyümüzdən də ağır ola bilər”, - Merkel deyib.

Qeyd edək ki, Balkanlara qaçqın axını region dövlətləri arasında gərginliyə səbəb olub. Ekspertlərin fikrincə, Almaniya sərhədlərini qaçqınların üzünə bağlayarsa, ona qonşu digər dövlətlər də analoji addım atacaq ki, bu da təhlükədən xəbər verir.

Merkel bildirib ki, sərhədləri bağlamaqla insan selinin qarşısını almaq mümkün olmayacaq: “Macarıstan qaçqınların qarşısına sədd çəkəndən sonra onlar Xorvatiya, Sloveniya və Rumınya üzərindən yollar axtarmağa başladılar. Əgər biz də belə sədd çəksək, insanlar digər ölkələr vasitəsilə Almaniyaya girməyə çalışacaqlar. Çıxış yolu yoxdur. Məsələnin daha yumşaq üsulla həllini tapmalıyıq”.

Təhlükədən qorxan Almaniya kansleri məsələ ilə bağlı konfrans keçirilməsini istəyib.
Diaspora