Çin prezidenti Si Cinpin ABŞ-dan Tayvanla bağlı rəsmi açıqlamalarında adanın suverenliyini dəstəkləmədiyini söyləmək əvəzinə, onun müstəqilliyinə açıq şəkildə qarşı çıxmasını istəyib.
Qaziler.az bu barədə“Reuters”ə istinadla xəbər verir.
Agentliyin məlumatına görə, Çin lideri müvafiq tələbi ötən ilin noyabrında Amerika prezidenti Co Baydenlə görüşündə səsləndirib.
Daha sonra Si Cinpinin müşavirləri də eyni şeyi söyləyiblər. Bununla belə, Vaşinqton mətni dəyişməkdən imtina edib. Ağ Ev bildirib ki, prezident administrasiyası ardıcıl olaraq “vahid Çin” siyasətinə sadiqdir.
QAZİLER.AZ