Zelenski ABŞ-dan ən güclü silahı "Tomahawk" raketlərini istədi

Zelenski ABŞ-dan ən güclü silahı "Tomahawk" raketlərini istədi backend

Volodimir Zelenskinin ictimaiyyətə açıqlanmayan “qələbə planı”nın gizli hissəsi 2400 kilometrə qədər məsafə qət edə bilən ən son modifikasiyalı Amerika “Tomahawk” raketlərinin ötürülməsini nəzərdə tutur – bu, Ukraynya Silahlı Qüvvələrində mövcud olan ATACMS-dən yeddi dəfə böyükdür.

Qaziler.az xəbər verir ki, bu barədə “The New York Times” yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb.

“Qələbə planının” dərc olunmamış hissəsində Zelenski Ukraynanın “qeyri-nüvə qarşısının alınması paketi”ninin qarşılığında “Tomahawk” raketlərini almağı təklif edib”, – ABŞ hökumətinin sözçüsü deyib.

O, tələbi “tamamilə qeyri-mümkün” adlandırıb.

“Tomahawk” raketləri ABŞ-ın ən güclü silahlarından biridir və sualtı donanma da daxil olmaqla Hərbi Dəniz Qüvvələrində xidmətdədir. Onların təxmini analoqu Rusiya Silahlı Qüvvələrinin Kalibr raketləridir.

QAZİLER.AZ

Diaspora