İsrail "Hizbullah"ın yeni liderini hədələdi: "Vəzifən qısamüddətli ola bilər"

İsrail "Hizbullah"ın yeni liderini hədələdi:  "Vəzifən qısamüddətli ola bilər" backend

Naim Kasemin Livanın “Hizbullah” hərəkatının baş katibi kimi fəaliyyəti, bu təşkilatın tarixində sələflərinin siyasətini davam etdirən ən qısa müddətli idarəetmə ola bilər.

Qaziler.az TASS-a istinadla yazır ki, bu fikirlər İsrail Xarici İşlər Nazirliyinin qrupun yeni liderinin seçilməsi ilə bağlı şərhində yer alıb.

“Əgər o, sələfləri Həsən Nəsrullah və Haşim Səfiəddinin yolu ilə getsə, onun səlahiyyət müddəti bu terror təşkilatının tarixində ən qısa müddət ola bilər”, - bəyanatda deyilir.

Qeyd edək ki, oktyabrın 29-da Livanın şiə “Hizbullah” hərəkatının baş katibinin müavini Şeyx Naim Kasemi yeni lider seçilib. Təşkilat qeyd edib ki, Kasemin təyin edilməsi ilə bağlı qərar “Hizbullah”ın əsas idarəetmə orqanı olan Qanunvericilik Şurası tərəfindən verilib.

QAZİLER.AZ

Diaspora