Ali Rada Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddətini daha 90 gün uzadıb.
Qaziler.az xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko öz “Telegram” kanalında məlumat verib.
“Rada hərbi vəziyyətin müddətini 90 gün uzadıb... Rada ümumi səfərbərliyi 90 gün uzadıb”, - deputat bildirib.
Qonçarenko bildirib ki, Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti 2024-cü il noyabrın 10-dan 7 fevral 2025-ci ilə qədər uzadılıb.
QAZİLER.AZ