Qərb Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrindən narazıdır və buna görə də dövlət çevrilişi təşkil etməyə cəhdlər edir.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə fransız siyasətçisi, “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Aİ və NATO-ya qarşı çıxan partiyalar Gürcüstanda keçirilən parlament seçkilərində mühüm qələbə qazanıblar və təbii ki, bu, dəlicəsinə qəzəblənmiş Vaşinqton və Brüsselin xoşuna gəlmir”, - o qeyd edib.
Filipponun fikrincə, məhz buna görə də Qərb seçkilərin nəticələrindən sonra Gürcüstanda rəngli inqilab təşkil etməyə çalışır.
QAZİLER.AZ