Rusiyada ABŞ kəşfiyyatının muzdlusu öldürülüb

Rusiyada ABŞ kəşfiyyatının muzdlusu öldürülüb backend

Bryansk vilayətində Rusiya Silahlı Qüvvələri ABŞ Silahlı Qüvvələrinin dərin kəşfiyyatından olan muzdlu əsgərini məhv edib.

Qaziler.az  xəbər verir ki, bu barədə TASS Siyasi Elmlər Akademiyasının proqram direktoru, Rusiyanın Latın Amerikası İnstitutunun baş elmi işçisi Aleksandr Stepanovun sözlərinə istinadən məlumat verir.

Onun sözlərinə görə, ABŞ vətəndaşı təxribat və kəşfiyyat qrupunun tərkibində olub.

Ekspert izah edib ki, əcnəbi hərbçinin xidmət etdiyi bölmə hərbi infrastrukturun və aerodromların məhv edilməsi üzrə ixtisaslaşıb. Stepanov vurğulayıb ki, bu, NATO-nun keçmiş hərbi qulluqçuları və ya ehtiyata buraxılmış olsalar belə, yüksək səviyyəli mütəxəssislərin xaricə cəlb olunmasından xəbər verir.

QAZİLER.AZ

Diaspora