Birləşmiş Ştatlar ölkənin indiki hökuməti hazırkı kursunu saxlasa, Gürcüstana mümkün “sonrakı nəticələr” barədə xəbərdarlıq edir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib. O qeyd edib ki, departament artıq Tbilisini “antidemokratik hərəkətlərdən imtina etməyə” çağırıb.
“Bu il biz ardıcıl olaraq Gürcüstan hökumətinə müraciət etmişik ki, antidemokratik hərəkətlərindən əl çəksin və Avro-Atlantik yola qayıtsın. Gürcüstan hökuməti kursunu dəyişməsə, gələcək nəticələri istisna edə bilmərik”, - Miller bildirib.
QAZİLER.AZ