“BRİCS-ə üzv ölkələrlə əməkdaşlığı inkişaf etdirmək Türkiyə üçün faydalıdır, lakin bu birlik Ankara üçün alternativ deyil”.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Türkiyənin BRİCS ölkələri ilə əməkdaşlıq üçün böyük potensiala malik olduğunu vurğulayıb.
“Bu, bizim üçün alternativ deyil. Türkiyə NATO üzvü və Aİ-yə tam üzvlüklə bağlı danışıqlar aparan ölkə kimi bütün platformalarda iştirak edir”, - Ərdoğan qeyd edib.
QAZİLER.AZ