Macarıstan Gürcüstana təbrik və dəstəyini bəyan ETDİ

Macarıstan Gürcüstana təbrik və dəstəyini bəyan ETDİ backend

Macarıstan hökumətinin məqsədi Gürcüstanla strateji əməkdaşlıq qurmaqdır.

Qaziler.az xəbər verir ki, müvafiq bəyanatı Macarıstanın xarici işlər naziri Peter Siyarto öz “Facebook” səhifəsində verib.

“Hökumət Gürcüstan və Macarıstan arasında qarşılıqlı hörmət və fayda əsasında strateji əməkdaşlığın daha da qurulması istiqamətində fəaliyyətini davam etdirəcək”, - deyə o bildirib.

Siyarto əlavə edib ki, tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığa imkan verəcək investisiyaların qorunması sazişi imzalayıblar.

O, həmçinin oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasını qələbə münasibətilə də təbrik edib.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib.

QAZİLER.AZ

Diaspora