Almaniya XİN Çində Berbokun qarşılanmaması ilə videoya CAVAB VERDİ / VİDEO

Almaniya XİN Çində Berbokun qarşılanmaması ilə videoya CAVAB VERDİ / VİDEO backend

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çinə və ya Hindistana səfəri zamanı hava limanında heç kimin onu qarşılamaması  barədə məlumat həqiqətə uyğun deyil.

Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sebastyan Fişer açıqlama verib.

“Video Hindistandan deyil. Həmçinin iddia edilir ki, video Çinə səfər zamanı çəkilib. Bu da düzgün məlumat deyil. Söhbət xarici işlər nazirinin təyyarəsinin Malayziyaya enməsindən gedir. Belə ki, anlaşılmazlıq ucbatından təyyarə səhv yerdə eniş edib”, - Sebastyan Fişer deyib.

Qeyd edək ki, mətbuatda oktyabrın 28-də Almaniya XİN başçısının Çinə səfəri zamanı təyyarədən enərkən onun heç bir ÇXR rəsmiləri tərəfindən qarşılanmadığı qeyd olunub.

QAZİLER.AZ

Diaspora