İsraili soyqırımda ittiham edən sübutlar BMT məhkəməsinə təqdim edilib

İsraili soyqırımda ittiham edən sübutlar BMT məhkəməsinə təqdim edilib backend

Cənubi Afrika İsraili Qəzza zolağında soyqırımda ittiham edən iddiasını dəstəkləmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə sübut memorandumu təqdim edib.

Qaziler.az xəbər verir ki, “Reuters” bu barədə Cənubi Afrika Respublikasının Prezident Administrasiyasının rəsmi məlumatında deyilir.

Bəyanatda vurğulanıb ki, məhkəmə qaydalarına əsasən, memorandum ictimaiyyətə açıqlana bilməz. Lakin onun ümumi məzmunu açıqlanıb. Qeyd olunur ki, sənəd “İsrail hökumətinin Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanı pozduğuna dair sübutları ehtiva edir” və İsraili Qəzza zolağında Fələstin əhalisinə qarşı qəsdən soyqırım törətmək niyyətində olmaqda ittiham edir.

“Sübutlar 4000 səhifədən çox illüstrasiya və əlavələrlə dəstəklənən 750 səhifədən çox mətndə yer alıb. Cənubi Afrika memorandumu beynəlxalq ictimaiyyətə Fələstin xalqını xatırlamaq, onlarla həmrəylik nümayiş etdirmək və fəlakəti dayandırmaq üçün bir xatırlatmadır. Dağıntılar və iztirablar yalnız ona görə mümkün olub ki, Beynəlxalq Ədalət Məhkəməsinin və BMT-nin çoxsaylı qurumlarının hərəkətlərinə baxmayaraq, İsrail öz beynəlxalq öhdəliklərinə əməl etməyib”, - bəyanatda qeyd edilib.

QAZİLER.AZ

Diaspora