Bayden ABŞ prezident seçkilərində vaxtından əvvəl səs verib

Bayden ABŞ prezident seçkilərində vaxtından əvvəl səs verib backend

Co Bayden ABŞ-ın Delaver ştatında keçirilən prezident seçkilərində erkən səs verib.

Qaziler.az xəbər verir ki, görüntülər CNBC tərəfindən “YouTube”da yayımlanıb.

Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası bildirib ki, artıq 43 milyon amerikalı seçkidə səs verib.

Xatırladaq ki, Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, mübarizədən çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.

QAZİLER.AZ

Diaspora