Almaniya hökuməti "Volkswagen" zavodlarının bağlanmasının səbəbkarını tapıb

Almaniya hökuməti "Volkswagen" zavodlarının bağlanmasının səbəbkarını tapıb backend

Bir neçə “Volkswagen” zavodlarının bağlanmasının elan edilməsi konsernin rəhbərliyinin səhvləri ilə əlaqələndirilə bilər.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu fərziyyə ilə Almaniya kansleri Olaf Şolts çıxış edib. Onun mövqeyini Almaniya hökumətinin spikeri Volfqanq Büxner brifinqdə səsləndirib. Onun sözlərinə görə, menecerlərin səhv qərarlarından işçilər əziyyət çəkməməlidirlər.

Nazirlər Kabinetinin sədri qeyd edib ki, Almaniya hökuməti alman avtomobil istehsalçıları ilə daim əlaqə saxlayır. O, həmçinin “Volkswagen”dən rəsmi açıqlama verilənə qədər gözləməyə çağırıb.

Qeyd edək ki, “Bloomberg”Almaniyadakı “Volkswagen” zavodu  avtomobil istehsalçısının işçiləri mitinqlərə qatıldıqları üçün zavodun fəaliyyətinin bir saatlıq dayandırılacağını açıqlamışdı. İşçilər keçirilən tətilin səbəbini rəhbərliyin maaşları azaltmaq qərarı, həmçinin bir neçə fabrikin bağlana biləcəyi ilə izah ediblər.

QAZİLER.AZ

Diaspora