Sankt-Peterburqdan olan səyahətçi və velosipedçi blogger Vasya Şupaltse Pakistanda “Taliban” tərəfindən qaçırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, o, “YouTube” hesabı üçün çəkilişə gedib. Lakin rusiyalı ilə Dera İsmayıl-xan şəhərində əlaqə kəsilib.
Bloggerin yaxınları oktyabrın 26-da həyəcan təbili çalıb. Belə ki, o, iki gündür ki, mesajlara cavab vermir. Nəşrin müəllifləri yerli mətbuata istinadən qeyd edirlər ki, bu, “Hafiz Gül Bahadur” qruplaşmasının işidir. Oğrular rus blogger üçün fidyə tələb edirlər. Rusiyanın Pakistandakı səfirliyi isə hadisə ilə bağlı hələ heç bir rəsmi açıqlama verməyib.
Məlumatda qeyd edilib ki, bloggerin əsl adı İqor Babkodur. Səyyah velosipedlə Hindistana, Asiyaya, Monqolustana, Əfqanıstana, Qafqaza səyahət edərək Pakistana gəlib. Bloger 2200 abunəçinin izlədiyi “YouTube” kanalında səfərləri haqqında hekayələr paylaşıb.
QAZİLER.AZ