İkinci dünya sammiti Hindistanda keçirilə bilər. Kiyev Ukrayna formatı əsasında müharibəni dayandırmaq üçün digər ölkələrin təkliflərini dinləməyə hazırdır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Vladimir Zelenskinin “The Times of India” qəzetinə müsahibəsinə istinadən bildirib.
“Modi ilə danışdıq. Bizim Sülh Sammiti platformamız var, mən inanıram ki, istənilən hörmətli paytaxtda ikinci zirvə keçirə bilərik. Bu, əlbəttə ki, Hindistanda ola bilər və Baş nazir də müvafiq sammit təşkil edə bilər” .
Zelenski əlavə edib ki, Ukrayna sülh sammitinin növbəti görüşünə hazırlaşmalıdır. Eyni zamanda, Kiyev müəyyən ölkələrdən, o cümlədən Çin, Braziliya, Hindistan, Avropa İttifaqı (Aİ) üzvləri və ya Afrika qitəsi dövlətlərindən müəyyən təkliflər eşitmək arzusundadır.
"Və lütfən, əgər Çin və Braziliyanın hər hansı təklifi olarsa, ancaq bizim format əsasında, çünki müharibə bizim ölkədə gedir. İnanıram ki, belə bir sammit Hindistanda baş tuta bilər", - Ukrayna prezidenti deyib.
QAZİLER.AZ