Pekində bıçaqlı hücum nəticəsində 5 nəfər yaralanıb

Pekində bıçaqlı hücum nəticəsində 5 nəfər yaralanıb backend

Pekində bıçaqlı hücum nəticəsində üçü azyaşlı olmaqla 5 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, oktyabrın 28-də Çin polisinin məlumatlarına istinadən Sinxua agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə oktyabrın 28-nə keçən gecə Çin paytaxtının Haydiyan rayonunda baş verib.

Hücum edən şəxs ətrafdakıları yaralayıb. Polis isə onu saxlayıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların həyati təhlükəsi yoxdur.

Hücumla bağlı istintaq davam edir.

QAZİLER,AZ

Diaspora