Polşadan nə qədər rusiyalı diplomatın qovulacağı məlum olub

Polşadan nə qədər rusiyalı diplomatın qovulacağı məlum olub backend

Polşa hakimiyyəti Poznandakı Baş Konsulluğun üç rus diplomatına respublikanı tərk etməyi əmr edib.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə istinadən yazır.

Onun sözlərinə görə, diplomatik qurum notanı  artıq alıb.

Diplomatlar noyabrın 30-da gecə yarısına qədər Polşanı tərk etməlidirlər.

Texniki heyətə gəlincə, onlar arzuolunmaz şəxslər elan edilməyiblər və prinsipcə, Polşada işləməyə davam edə bilərlər. Onların bundan sonra ölkədə qalmasını müəyyənləşmək lazımdır”, - Andreyev deyib.

Oktyabrın 22-də Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznan şəhərindəki konsulluğunun işinə verdiyi razılığı geri götürüb. Rusiya diplomatik qurumunun şəxsi heyəti ölkədən çıxarılacaq və ölkə ərazisində arzuolunmaz sayılacaq, deyə idarənin rəhbəri Radoslav Sikorski bildirib. Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski bildirib ki, hakimiyyət 10 əməkdaşı qovmaq niyyətindədir.

QAZİLER.AZ

Diaspora