Amerikalıların 68 faizi smartfon sahibidir - SORĞU

Amerikalıların 68 faizi smartfon sahibidir - SORĞU backend

“Pew Research” analitik şirkəti ABŞ-da yüksək texnoloji avadanlıqların əhatəsi barədə apardığı araşdırmanın yeni məlumatlarını dərc edib.

İKT.lent.az-ın “hitech.vesti.ru” saytına istinadən xəbərinə görə, məlum olub ki, ölkə əhalisinin yaşlı sakinlərindən üçdə ikisi “ağıllı” telefonlara sahibdir.

2011-ci ildə smartfonların sayı demək olar ki, iki dəfə az və ya 35 faiz səviyyəsində idi. Planşetlərə gəldikdə isə, ABŞ-da onların sahiblərinin payı 2010-cu ildəki 4 faizdən 2015-ci ildə 45 faizə qədər artıb.

Bununla belə, araşdırmalar göstərir ki, gənc amerikalılar daha çox planşet və smartfonlarla portativ kompüterləri əvəz edirlər. Əgər 2010-cu ildə ABŞ-da 18-29 yaşlı sakinlərin 88 faizinin noutbuku vardısa, hazırda bu rəqəm 78 faizdir. Sorğuda iştirak edənlərin istənilən yaş qrupunun 86 faizi smartfonlara sahibdir.

Bununla belə, hələlik amerikalılar arasında daha geniş yayılmış hesablama avadanlığı stolüstü və portativ kompüterlərdir. Sorğuda iştirak edənlərin 73 faizində belə bir avadanlıq mövcuddur.

Müqayisə üçün qeyd edək ki, Rusiyada hətta həddi-buluğa çatmamış istifadəçilər sayılsa belə, smartfon sahiblərinin sayı heç 50 faizlik bəndi belə keçməyib.

“Synovate Comcon” şirkətinin verdiyi məlumata görə, “Rosİndeks” tərəfindən aparılan sorğunun nəticələri göstərib ki, bu ilin ilk yarısında sorğuda iştirak edən 10 yaşdan yuxarı iştirakçıların 49 faizi smarfona malik idilər. İki il öncə isə bu rəqəm 22 faiz təşkil edirdi.
Diaspora