İranın İsrailin zərbələrinə cavab tədbiri görməyəcəyinə ümid edirəm.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden İsrailin İrana zərbə endirməsi haqda danışarkən deyib.
O bir daha xatırladıb ki, İsrail İranın yalnız hərbi obyektlərinə zərbə endirib.
Qeyd edək ki, İsrail 26 oktyabra keçən gecə İrana hava zərbələri endirib. İsrail ordusunun verdiyi rəsmi açıqlamaya görə, neft təsisatları və nüvə obyektləri hədəf alınmayıb.