Qərbin sanksiyalarına baxmayaraq, Rusiya ilə qarşılıqlı əlaqələri poza bilmərik.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.
“Biz qonşularımızla, o cümlədən Rusiya ilə əlaqələri sadəcə olaraq kəsə bilmərik. Rusiya bizim mühüm və böyük qonşumuz və partnyorumuzdur. Sənayemizin əhəmiyyətli hissəsi Rusiya təbii qazından asılıdır. Elə buna görə də biz Rusiya Federasiyası ilə qarşılıqlı əlaqəni dayandıra bilmərik”, - deyə o bildirib.