Ostin Qallantla danışdı: Qəti imkan verilməyəcək!

Ostin Qallantla danışdı: Qəti imkan verilməyəcək! backend

ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı Yoav Qallant arasında telefon danışığı baş tutub.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayderin yazılı bəyanatında deyilir.

"Pentaqon rəhbəri ABŞ-ın İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna sarsılmaz sadiqliyini təsdiqləyib. O vurğulayıb ki, ABŞ-ın döyüş hazırlığı İran və onun dəstəklədiyi terror qruplarının təhdidləri qarşısında ABŞ qüvvələrini, İsraili və regiondakı tərəfdaşları qorumaq məqsədilə artırılıb. ABŞ hər hansı bir subyektin gərginlikdən istifadə etməsinə və ya regiondakı münaqişəni genişləndirməsinə qəti şəkildə imkan verməyəcək", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, bu gecə İsrail İrana hava hücumu həyata keçirib.

Diaspora