"Rosatom" Türkiyədə ikinci atom elektrik stansiyası tikəcək

"Rosatom" Türkiyədə ikinci atom elektrik stansiyası tikəcək backend

"Rosatom" Türkiyədə ikinci AES tikmək təklifi alıb.

Qaziler.az xəbər verir ki, bu barədə RT telekanalına dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev məlumat verib.

O, bu təklifin “Rosatom”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan daxil olduğunu qeyd edib. Bundan əvvəl Türkiyə lideri bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.

"Hazırda Türkiyədə mövcudluğumuzun mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq", - Lixaçev bildirib.

Aleksey Lixaçevin sözlərinə görə, söhbət Qara dənizdə yerləşən Sinop ərazisindən gedir.

Oktyabrın əvvəlində Türkiyədə Akkuyu AES-in birinci reaktorunun hazırlığı 90%-i ötüb. Bunu ölkənin energetika naziri Alparslan Bayraktar İstanbulda keçirilən enerji konfransında deyib.

QAZİLER.AZ

Diaspora