Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlini davam etdirmək mümkündür, lakin bunun üçün yeni müqavilə lazımdır.
Qaziler.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalının jurnasliti Pavel Zarubinə müsahibəsində deyib.
“Biz yeni müqavilə imzalamalıyıq, məhz yeni müqavilə. İkincisi, iyul ayından bu işlərə başlamaq lazım idi ki, kimsə onlardan istifadə edə bilsin”, - Putin deyib.
Putin xatırladıb ki, Avropa İttifaqının enerji qanunlarında müəyyən qaydalar var. O qeyd edib ki, Ukrayna öz üzərinə öhdəliklər götürüb və bu qanunlara əməl etməli və lazımi nasos gücünü əvvəlcədən ehtiyatda saxlamalıdır.
Bundan əlavə, Rusiya prezidenti əmin edib ki, Moskva Avropaya qaz verməkdən imtina etmir. O qeyd edib ki, Rusiya qazının Avropa istehlakçılarına çatdırıla biləcəyi bir neçə marşrut var.
QAZİLER.AZ