Ursula fon der Leyen Serbiyanın baş naziri ilə görüşdən imtina etdi

Ursula fon der Leyen Serbiyanın baş naziri ilə görüşdən imtina etdi backend

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Serbiyanın baş naziri Miloş Vuçeviçlə görüşdən imtina edib. Buna səbəb görüşdən əvvəl onun Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla danışıqlar aparması olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Aİ-nin Serbiyadakı daimi nümayəndə heyətinin rəhbəri Emmanuel Joffre bu faktı təsdiqləyib.

Ursula fon der Leyen oktyabrın 25-də Serbiyaya ölkənin siyasi rəhbərliyi ilə görüşmək üçün gəlib. Danışıqların sonunda prezident Aleksandar Vuçiç Serbiyanın Aİ-yə üzvlük yolunu dəyişməyəcəyini bildirib. Siyasətçinin sözlərinə görə, nə qədər ki, o, Serbiyanın rəhbəridir, ölkə daxili və xarici siyasətinin əsas hədəflərini dəyişməyəcək.

Hazırda Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov Serbiyada işgüzar səfərdədir. Oktyabrın 25-i səhər saatlarında o, baş nazir Miloş Vuçeviçlə görüşüb.

QAZİLER.AZ

Diaspora