Şimali Koreya daha 10 minlik qoşununu Rusiyaya göndərir - "Bloomberg"

Şimali Koreya daha 10 minlik qoşununu Rusiyaya göndərir - "Bloomberg" backend

KXDR yaxın vaxtlarda öz qoşunlarının ikinci qrupunu Rusiyaya göndərməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu haqda “Bloomberg” Cənubi Koreya kəşfiyyatına istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Pxenyan artıq Moskvaya 122 və 152 mm çaplı 8 milyon mərmi də göndərib.

“Pxenyan Şimali Koreya istehsalı olan 8 milyona yaxın 122 və 152 mm çaplı mərmi, 100-ə yaxın “Hwasong-11” raketi, həmçinin “Bulsae-4” tank əleyhinə raket kompleksləri göndərib”, - agentlik qeyd edib.

Kəşfiyyat sənədlərinə görə, 1500 xüsusi təyinatlı əsgərlərdən ibarət Şimali Koreya qoşunlarının birinci qrupu artıq Uzaq Şərqdə təlim keçir. “Bloomberg”in məlumatına görə, KXDR-dən 10 minə yaxın hərbçinin Rusiya Federasiyası ərazisinə göndərilməsi planlaşdırılır.

QAZİLER.AZ

Diaspora