Moldova Avropa İttifaqına daxil olmaq üçün referendumun nəticələrini TƏSDİQLƏDİ

Moldova Avropa İttifaqına daxil olmaq üçün referendumun nəticələrini TƏSDİQLƏDİ backend

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendumun nəticələrini təsdiqləyib. İştirakçıların əksəriyyətinin Aİ ölkələrinə qoşulmağın tərəfdarı olduğu qeyd edilib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, MSK-nın mətbuat xidmətinin yaydığı məlumata görə iclasda müvafiq qərar qəbul edilib.

“Konstitusiya referendumunda seçici fəallığı lazımi şərtlərə cavab verdi. 749 719 seçici lehinə, 739 155 nəfər əleyhinə səs verib. Ümumilikdə 1 milyon 488 min 874 bülleten etibarlı sayılıb”, - qərarda qeyd edilib.

Qətnamə yekdilliklə qəbul edilib. Yaxın vaxtlarda o, təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.

QAZİLER.AZ

Diaspora