Çinin smartfon istehsalçısı olan “Xiaomi” şirkəti bu ilin noyabr ayından Afrika ölkələrində öz avadanlıqlarının satışına başlayacaq.
İKT.lent.az-ın CNET-ə istinadən verdiyi məlumata görə, bu ilin iyun ayında şirkət artıq Braziliya bazarlarına uğurla əhatə etməyə başlayıb.
Hazırda dünyanın beşinci iri smartfon istehsalçısı özünün “Redmi 2” və “Mi 4” modellərini Cənubi Afrika Respublikası, Keniya və Nigeriyada satışını reallaşdırmağa start verəcək. Ancaq “Xiaomi” Afrikanın avadanlıq bazarına vasitəçinin köməyi ilə gəlir. Avadanlıqların satışını şirkət “Mobile in Africa (MIA) Group” şirkətinin vasitəsilə həyata keçirəcək.
“Afrika bizim üçün smartfonların satışı üçün yeni üfüqdür və biz bu üç ölkənin istehlakçıları üçün öz istehsal etdiyimiz yüksək keyfiyyətli smartfonları sərfəli qiymətlərlə təklif etmək üçün “MİA Group” ilə birləşməyə çox şadıq”, - deyə “Xiaomi” şirkətinin qlobal strategiya üzrə direktoru Raymond Tyan bildirib.
“MIA Group” ilə əməkdaşlıq “Xiaomi” şirkəti üçün smartfonlarını birbaşa satmaq üçün ilk imkan olacaq. “Mobile in Africa Group” Çin şirkətinin Afrika ölkələrində yalnız satışı ilə deyil, həmçinin onun marketinq və texniki dəstəyi ilə məşğul olacaq.