Hindistanda fırtınaya görə təxminən 600 min insan təxliyə edilib

Hindistanda fırtınaya görə təxminən 600 min insan təxliyə edilib backend

Hindistanda həyatı iflic edən tropik Dana qasırğası səbəbindən ölkənin şərqində təxminən 600 min insan təxliyə edilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Hindistan Meteorologiya İdarəsinin (IMD) verdiyi açıqlamada Odişa ştatında və Qərbi Benqalda "Dana" tropik qasırğasının sürətinin saatda 120 kilometrə çatdığı bildirilib.

Güclü yağış və tufan ağacların kökündən qopmasına, daşqın təhlükəsinə və təxminən 600 min insanın təxliyəsinə səbəb olub.

IMD-nin su səviyyəsinin təxminən bir metr yüksəlməsi səbəbindən alçaq ərazilərin su altında qala biləcəyi barədə açıqlaması bölgədəki səlahiyyətliləri yüksək həyəcan vəziyyətinə salıb.

Fırtına nəticəsində can və ya mal itkisi barədə hələlik məlumat verilmir.

Odişada fırtına səbəbindən dünən məktəblərdə təhsil dayandırılıb, 200-dən çox qatar reysi ləğv edilib, uçuşlar dayandırılıb. Balıqçılara dənizə çıxmamaq barədə xəbərdarlıq edilib.

QAZİLER.AZ

Diaspora