Qətər Hava Yolları gərginliyin artması və İsrailin İrana gözlənilən hücumu fonunda İran, İraq və Livana uçuşları dayandırdığını, eləcə də İordaniyaya uçuşların məhdudlaşdırıldığını elan edib.
Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.
“Yaxın Şərq regionunda mövcud vəziyyətlə əlaqədar olaraq, "Qatar Airways" İraq, İran və Livana uçuşları müvəqqəti olaraq növbəti xəbərdarlığa qədər dayandırıb.
Aviaşirkət bildirir ki, İordaniyaya uçuşları davam etdirəcək, lakin onlar yalnız gündüz əməliyyatları ilə məhdudlaşacaq.
Şirkət sərnişinlərin təhlükəsizliyinin əsas prioritet olaraq qaldığını vurğulayıb, vəziyyəti yaxından izlədiyini və lazım gəldikdə yeniləmələr təqdim edəcəyini söyləyib.
QAZİLER.AZ