“ABŞ Türkiyənin NATO-dan asılı olmayan hərbi sisteminə qarşıdır”.
Qaziler.az xəbər verir ki, bu fikirləri İstanbul Universitetinin tarix elmləri doktoru, Türkiyə Ana Vətən Partiyasının nümayəndəsi Mehmet Perinçek “NEWS.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərb ölkələri başa düşürlər ki, müdafiə sənayesi suveren olarsa, Türkiyə digər ölkələrdən asılı olmayaraq müxtəlif hərbi münaqişələrdə fəaliyyət göstərə bilər. O qeyd edib ki, Ankarada Türkiyənin TUSAŞ korporasiyasının binası yaxınlığında törədilən terror aktının arxasında məhz Vaşinqton dayanır.
“Ümumiyyətlə, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasından sonra ABŞ isteriya yaratdı. ABŞ Ankarada terror aktı təşkil etməklə Ərdoğan hökumətinin ölkəni idarə edə bilməyəcəyini və ölkənin təhlükəsizliyini təmin edə bilməyəcəyini göstərmək istəyirdi. Bu, hökumətin dəyişdirilməsinin lazım olduğu mesajıdır. Görünür, onların bu məsələ ilə bağlı artıq öz planları var”, – Perinçək bildirib.
O, həmçinin qeyd edib ki, Vaşinqton Ərdoğanın nəinki Rusiyaya səfər etməsindən, həm də sammitin özündə çıxış edərək BRİCS-in ideyalarını dəstəkləməsindən qıcıqlanır.
QAZİLER.AZ