Almaniya Livana yardım üçün 96 milyon avro ayıracaq

Almaniya Livana yardım üçün 96 milyon avro ayıracaq backend

Almaniya Livana humanitar yardım və inkişaf üçün əlavə 96 milyon avro ayıracaq.

Qaziler.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu Parisdə Livan üzrə konfransdan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.

“Biz açıq şəkildə bildiririk ki, bu günlərdə təkcə Livandakı əzabları görmürük, həm də bununla bağlı qərarlar qəbul edirik. Biz bu yerlərdəki insanların əksəriyyətini yalnız bir şey istədikləri üçün dəstəkləyirik: İsraildəki bir çox insanlar kimi təhlükəsiz və sülh şəraitində yaşamaq istədikləri üçün...”, - deyə Berbok bildirib.

QAZİLER.AZ

Diaspora