Fransanın şərqindəki Mert və Mozel departamentinin prefekturası ukraynalı qaçqınlara məktublar göndərərək, oktyabrın 31-dək sosial evlərdən çıxarılmasını tələb edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
Hökumət ukraynalıların “qeyri-kafi inteqrasiyasını” qovulmağa səbəb kimi göstərib. Məsələn, onların bir çoxu hələ də işləmir. Məktub alan bəzi ukraynalıların nəşrə dediyinə görə, onlara bir neçə həll yolu təklif olunub: dostları ilə yaşamaq, başqa ölkəyə getmək və ya Ukraynaya qayıtmaq.
Agentlik qeyd edib ki, artıq ilk köçürülmələrə başlanılıb.
QAZİLER.AZ